Ukraynanın Xerson vilayətinin Kizomıs kəndi bu gün Rusiya Silahlı Qüvvələri tərəfindən atəşə tutulub.
Bu barədə Ukrayna Prezident Aparatının rəhbərinin müavini Kirilo Timoşenko “Telegram”da məlumat verib.
O bildirib ki, atəş nəticəsində 3 nəfər ağır yaralanıb və onların arasında 14 yaşlı yeniyetmə də var.
“Yaralılar xəstəxanaya çatdırılıb”, – deyə Timoşenko əlavə edib.