Moldova Ukrayna ilə sərhədinin bir hissəsini bağlayıb.
Bu barədə məlumatı Moldovanın Sərhəd polisi öz teleqram kanalında açıqlayıb.
Məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində ölkənin şimalında yerləşən sözügedən hissədə bütün nəzarət-buraxılış məntəqələrinin fəaliyyəti dayandırılıb.
Xatırladaq ki, bu gün səhər saatlarında Rusiya ordusu yenidən Ukrayna ərazisini atəşə tutub. Ölkənin bir neçə şəhərlərində, xüsusən də Lvov, Nikolayev, Kiyev, Xarkovda partlayışlar baş verib.