13 C
Baku
Sunday, October 20, 2024

Unibank-ın yeni sahibləri bilindi – Nizamnamə kapitalı 6.8 mln. manat artırıldı

29 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasında “Unibank Kommersiya Bankı” ASC-nin AZ1003002024 dövlət qeydiyyat nömrəli, 6,800,000 manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üzrə yerləşdirilməsi yekunlaşmışdır. Bu barədə Banker.az-a BFB-dən bildirilir.

Abunə yazılışı zamanı anderrayterə 7 investor tərəfindən 2,72 manat qiymətindən 7 sifariş təqdim edilmişdir.

Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 6,800,000 manat təşkil etmişdir. Səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi isə 6,800,000 manat təşkil etmişdir.

Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

Buna qədər “Unibank”ın 142 586 357.6 manat nizamnamə kapitalı vardı. Kapitalın həcmi 5% artırılmış oldu.

Hazırki səhmdarları:

86,7% – Eldar Qəribov
7,3% – Canley Fınance Sa Təşkilatı
5,5% – Zemfira Cəfərova, Emin Quliyev, Faiq Hüseynov və digər 4 yerli fiziki şəxs
0,5% – xarici fiziki şəxs (Tsagkamılıs Georgıos)

Son xəbərlər
Digər xəbərlər