Bu il qanunsuz verilmiş 12 min hektardan çox torpaq sahəsi geri qaytarılıb.
Bu barədə Ədliyyə Nazirliyinin kollegiya iclasında bildirilib.
Qeyd edilib ki, 2022-ci ildə inzibati nəzarət qaydasında 17% çox – 90 mindən artıq bələdiyyə aktı yoxlanılıb, 3 mindən artıq akt Nazirliyin təklifləri əsasında ləğv edilib. Habelə qanunsuz verilmiş 12.300 hektar torpaq sahəsi geri qaytarılıb.