8 C
Baku
Friday, December 13, 2024

İran Rusiyadan “Su-35” qırıcıları alıb

“İran rejiminin Rusiyadan “Su-35” qırıcıları aldığı bildirilir. Daha əvvəl “The Times of Israel” qəzeti Qərb kəşfiyyat rəsmilərinə istinadən Rusiyanın yaxın gələcəkdə İrana 24-ə qədər “Su-35” döyüş təyyarəsi verməyə hazırlaşdığını yazmışdı”.

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutundan bildirilib.

Qeyd olunub ki, İran Rusiyadan aldığı qırıcıları İsfahan əyalətindəki 8-ci Şəkəri bazasında yerləşdirəcək: “ABŞ kəşfiyyatının rəsmiləri bundan əvvəl, dekabrın 17-də Rusiya-İran əlaqələrinin gücləndirilməsi barədə xəbərdarlıq etmişdilər.

Rusiyanın “Su-35” qırıcıları dördüncü nəsil təyyarələrdir. Həmin texnikalar İsrail, Səudiyyə Ərəbistanı və digər regional düşmənlər üçün məhdud təhlükə yaradır. Bununla belə, Tehran onları İraq və Suriyada SEPAH və İranın digər silahlı dəstələrinin heyətinə dəstək vermək üçün istifadə edə bilər. İranlılar İraq və Suriyadakı fəalliyətə dəstək vermək üçün çoxdan Rusiya döyüş təyyarələrini axtarırdılar”.

Amerikalı ekspertlər hesab edirlər ki, İran Prezidenti İbrahim Rəisinin Mərkəzi Bankın sədrini dəyişməsi, çox güman, rejimin İran rialının son aylarda dəyər itirməsindən artan narahatlığının təzahürüdür.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər