10 C
Baku
Thursday, December 12, 2024

“Starlink” Azərbaycanda törəmə müəssisə yaradıb

 Noyabrın 1-də Amerikanın “Starlink”  peyk internet provayderinin törəmə şirkəti olan “Starlink Azerbaijan” MMC Bakıda qeydiyyatdan keçib.

Kommersiya Hüquqi Şəxslərin Dövlət Reyestrindən verilən məlumata əsasən, şirkətin ofisi “Azur Biznes” Mərkəzində yerləşir. “Loren Dreyer” şirkətin direktoru təyin edilib https://theorg.com/org/spacex/org-chart/lauren-dreyer. O, “Speys İks”-də “Starlink”in biznes əməliyyatları üzrə baş direktorudur.

“Starlink” 2023-cü ildən başlayaraq Azərbaycanda xidməti hədəfləyir. Əlçatanlıq tənzimləyicilərin təsdiqindən asılıdır. Hər bir xidmət sahəsi daxilində sifarişlər canlı növbə prinsipi əsasında həyata keçirilir. Şirkət sifarişləri qəbul etməyə və “Starlink” rezervasiyaları üçün depozitə ($99) başlayıb.

“Starlink” bütün dünyada yüksək sürətli, aşağı gecikmə ilə genişzolaqlı İnternetə çıxış təmin edir. “Azərbaycan İnternet Forumu” QHT-nin prezidenti Osman Gündüz “Starlink”in Azərbaycanda internetə çıxışın alternativ mənbəyi kimi meydana çıxmasını müsbət qiymətləndirir. “Turan”la söhbətində o qeyd edib ki, Ukrayna və digər ölkələrin təcrübəsi “Starlink”in böhran vəziyyətlərində əvəzolunmaz olduğunu təsdiqləyib. Azərbaycanın timsalında isə onun xidmətləri həm mülki, həm də hərbi məqsədlər üçün işğaldan azad edilmiş ərazilərdə faydalı ola bilər. 08B

 

Son xəbərlər
Digər xəbərlər