Prezident İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” qanunu təsdiq edib.
Gələn il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsi bu illə müqayisədə 657,7 milyon manat və yaxud 11,7% çox – 6 264 milyon manat olacaq.