14 C
Baku
Saturday, November 23, 2024

Gələn il koronavirus pandemiyası ilə mübarizəyə 70 milyon manat ayrılacaq

Gələn il icbari tibbi sığorta fondunun 2023-cü il büdcəsindən yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinin bir hissəsinin maliyyələşdirilməsinə ayrılacaq vəsait məlum olub.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “İcbari tibbi sığorta fondunun 2023-cü il büdcəsi haqqında” fərmanda əksini tapıb.

Fərmana əsasən, bu istiqamətə 70 000 000,0 ayrılması nəzərdə tutulur. Nəzərdə tutulmuş vəsaitin bölgüsünü Maliyyə Nazirliyi ilə razılaşdırmaqla Agentlik həyata keçirir.

Bu Fərman 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, İcbari tibbi sığorta fondunun 2023-cü il büdcəsinin gəlirləri 2 393 243 970,0 manat, xərcləri 2 393 243 970,0 manat məbləğində təsdiq edilib.

Mənbəapa.az
Son xəbərlər
Digər xəbərlər