6 C
Baku
Sunday, December 15, 2024

Sərhəd bölgələrində radio yayım infrastrukturunun gücləndirilməsi məqsədilə təkliflər hazırlanıb

Azərbaycanda fəaliyyət göstərən ümumölkə və regional radio yayımçıların proqramlarının ölkə üzrə tam yayımına nail olunması, habelə sərhəd bölgələrində radio yayım infrastrukturunun gücləndirilməsi məqsədilə ölkədə radio yayım üzrə optimal həddə çatmaq üçün təkliflər hazırlanıb.

Təkliflər Audiovizual Şura tərəfindən dəqiqliklə işlənilib.

Belə ki, Audiovizual Şuranın, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin, Dövlət Radiotezliklər İdarəsinin, habelə radio yayımçıların adından çıxış edən “Rəqəmsal və audiovizual yayım sənayesi” (“RAYS”) İctimai Birliyinin radio komitəsinin mütəxəssislərinin daxil olduğu işçi qrup ölkədə radio yayımın optimal həddinə çatmaq üçün RTYS-lərin və həmin stansiyalarda quraşdırıla biləcək zəruri avadanlıqların siyahısını hazırlayıb.

Audiovizual Şura tərəfindən həmin təkliflər daha dəqiq işlənərək müvafiq orqanlara təqdim olunub.

Son xəbərlər
Digər xəbərlər