12 C
Baku
Saturday, November 23, 2024

Yaponiyada yeni avtomobillərin satışı son 45 ilin minimumuna enib

2022-ci ildə Yaponiyada yeni avtomobillərin satışı yarımkeçirici çatışmazlığı və hissələrin tədarükü ilə bağlı problemlər fonunda son 45 ilin ən aşağı səviyyəsinə düşüb.

Bu barədə məlumat Yaponiya Avtomobil Dilerləri Assosiasiyası və Kiçik Avtomobillər Assosiasiyasının cümə axşamı günü dərc etdiyi statistikada yer alıb. Avtomobil satışının azalması koronovirus pandemiyasının təsirləri ilə izah olunur.

Statistikaya əsasən, ötən il Yaponiyada ümumilikdə təxminən 4.2 milyon minik avtomobili satılıb. Bu da 1977-ci ildən bəri ən aşağı göstəricidir.

Ölkədə yeni avtomobillərin satışı ardıcıl olaraq dörd ildir ki, azalır.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər