10 C
Baku
Thursday, December 12, 2024

Ukrayna külək enerjisi istehsalının 90 faizini itirib

Ukraynanın Energetika Nazirliyi ölkədə külək enerjisi istehsalının 90 faizinin itirildiyini təsdiqləyib.

Bu barədə məlumatı Ukrayna energetika naziri German Qaluşenko bildirib təsdiqləyib.

O həmçinin qeyd edib ki, ölkə günəş enerjisi istehsalının da 40 faizə qədərini itirib.

“Hazırda qarşımızda dayanan əsas vəzifə payız-qış mövsümünü başa vurmaqdır. Bununla belə, istilik elektrik stansiyalarından əldə olunan enerjinin üzərinə düşən yük il boyu qalacaq.Biz külək enerjisi istehsalının təxminən 90 faizini, günəş enerjisi istehsalının isə 40 faizini itirmişik”,- deyə nazir bildirib.

Xatırladaq ki, ötən ilin dekabrında Ukrayna hökuməti ölkənin enerji infrastrukturunun 50 faizinin məhv edildiyini bildirmişdi. Həmçinin Ukraynanın Baş naziri Denis Şmıqal bəyan etmişdi ki, bütün İES, SES və yüksək gərginlikli şəbəkə obyektlərinin 40 faizi müxtəlif dərəcədə zədələndiyi üçün qış fəsli boyunca ölkədə elektrik enerjisi istehlakına məhdudiyyətlər qalacaq.

Son xəbərlər
Digər xəbərlər