Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi “Çinar Park” Qapalı Səhmdar Cəmiyyəti ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Sosial Xidmətlər Agentliyi tərəfindən Agentliyin Aparatı üçün ofis sahəsinin və anbarın icarəsi xidmətinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 599 082 manatdır.
Qeyd edək ki, “Çinar Park” şirkətinin nizamnamə kapitalı 115 min 388 manat göstərilib, qanuni təmsilçisi Elşən Mirzəyevdir.