18 C
Baku
Friday, September 20, 2024

ABŞ Ukraynaya yeni hərbi yardım paketini bu gün açıqlayacaq

ABŞ Ukraynaya yeni hərbi yardım paketini bu gün açıqlayacaq.

Bu barədə Pentaqonun sözçüsü Patrik Rayder bildirib.

Məlumata görə, hərbi yardım paketinə “Bradley” tırtıllı platformaların tədarükü də daxildir.

Xatırladaq ki, daha əvvəl “Associated Press” ABŞ-ın Ukraynaya 2,85 milyard dollarlıq yeni hərbi yardım paketi göndərəcəyi barədə məlumat vermişdi. Paketə həmçinin HMMWV zirehli avtomobillərinin, MRAP (minaya qarşı qorumalı nəqliyyat vasitəsi) tipli hərbi nəqliyyat vasitələrinin, eləcə də raketlərin və digər döyüş sursatlarının daxil olacağı bildirilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər