8 C
Baku
Sunday, November 17, 2024

Yaponiyanın Baş naziri Ukraynaya səfər edə bilər

Yaponiyanın Baş naziri Fumio Kişida Ukraynaya dəvət olunub.

Bu barədə Nazirlər Kabinetinin rəsmisi Hirokazu Matsuno mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yanvarın 4-də Ukrayna Prezident ofisinin rəhbəri Andrey Yermak Yaponiyanın Ukraynadakı səfiri ilə görüşü zamanı Prezident Vladimir Zelenskinin dəvətini səfirə çatdırıb.

“Yaponiya Ukrayna vətəndaşlarının yanındadır… Və G7 sədri kimi müvafiq addımlar atır”, – yaponiyalı rəsmi bildirib.

Xatırladaq ki, bu il Yaponiya G7 sammitinə ev sahibliyi edəcək, may ayında sammit Xirosimada keçiriləcək. Gələn həftə isə Baş nazir Kişida Fransa, İtaliya, Böyük Britaniya, Kanada və ABŞ da daxil olmaqla G7-yə üzv ölkələrə səfər edəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər