Azərbaycan hökuməti 2023-cü ildə buğda istehsalını 2 milyon 19.1 min ton səviyyəsində proqnozlaşdırır, 2026-cı ildə bu göstərici 7.3% artımla 2 milyon 167.2 min tona çatacaq.
Hökumətin proqnozlarına əsasən, 2024-cü ildə ölkədə buğda istehsalı 2 milyon 104.2 min tona, 2025-ci ildə 2 milyon 144 min tona qədər artacaq.
2023-cü ildə Azərbaycanda taxıl istehsalı 3 milyon 646.3 min ton, 2026-cı ildə 3 milyon 983.1 min ton həcmində proqnozlaşdırılır, artım 9.2% təşkil edəcək.
Proqnozlara görə, ən yüksək artım meyvə və giləmeyvə istehsalında gözlənilir.
Xüsusilə 2023-cü ildə meyvə və giləmeyvə istehsalı 1 milyon 324.4 min ton, 2024-cü ildə 1 milyon 425.8 min ton, 2025-ci ildə 1 milyon 518.2 min ton, 2026-cı ildə 1 milyon 618 min ton həcmində proqnozlaşdırılır. Beləliklə, 2023-2026-cı illərdə Azərbaycanda meyvə və giləmeyvə istehsalı 20.5% artacaq.
2023-cü ildə tərəvəz istehsalı 1 milyon 970 min ton həcmində proqnozlaşdırılır. 2024-cü ildə istehsal 2 milyon 65 min tona, 2025-ci ildə 2 milyon 165 min tona, 2026-cı ildə 2 milyon 270 min tona qədər artacaq. 2023-2026-cı illərdə Azərbaycanda tərəvəz istehsalı 15.3% artacaq.
Hökumətin proqnozlarına görə, 2023-2026-cı illərdə kartof istehsalında 18% artım gözlənilir: 2023-cü ildə istehsal 1 milyon 143.8 min ton, 2024-cü ildə 1 milyon 207.8 min ton, 2025-ci ildə 1 milyon 277.6 min ton, 2026-cı ildə 1 milyon 350.4 min ton təşkil edəcək.