17 C
Baku
Friday, May 3, 2024

“Azərsun Holdinq”in 110 milyonluq şirkətinə əlavə maya qoyuldu

“Azərsun Holdinq”ə məxsus olan “Sun Food” MMC-nin nizamnamə kapitalı artırılıb.

Banker.az xəbər verir ki, “Sun Food” MMC-nin nizamnamə kapitalı 100 min manat artırılaraq 110 225 020 manat olub. Buna qədər şirkətin nizamnamə kapitalı 110 125 020 manat idi.

Xatırladaq ki, “A-Təchizat” MMC iştirakçıların ümumi yığıncağının qərarına əsasən “Sun Food” MMC-yə qoşularaq ləğv olunduğunu elan etmişdir.

“Sun Food” MMC isə 2003-cü ildə yaradılıb, qanuni təmsilçisi İrfan Yılmazdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər