Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir ölkəsinin 2023-cü ildə hərbi sənaye sahəsindəki hədəfləri barədə danışıb.
Əsas hədəflərdən biri ixrac potensialını artırmaqdır.
“Embarqolarla maraqlanmırıq və xaricdən asılılığı qəbul etmirik. Yeni layihələrə başlayacağıq. 2023-cü ildə hədəfimiz 6 milyard ABŞ dolları həcmində ixracatı həyata keçirməkdir”, – deyə Demir söyləyib.
“Müdafiə sənayesi “Türkiyə Yüzilliyi”nin lider sektorlarından biri olacaq”, – deyə o əlavə edib.