“Yunanıstana demək istəyirik ki, güvəndiyiniz dağlara qar yağmadan ağlınızı başınıza yığın”.
Bunu Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar “Piri Rəis” gəmisinin şəxsi heyəti ilə görüş zamanı deyib.
O bildirib ki, Türkiyə kimsə üçün təhdid deyil: “Türkiyə yaxşı müttəfiqdir. Unutmayaq ki, güclü Türkiyə güclü NATO deməkdir. Biz Şimali Kiprin hüquqlarını qorumağa davam edəcəyik”.