18 C
Baku
Friday, November 22, 2024

McDonald’s-ın keçmiş CEO-su investorları aldatmaqda ittiham olunub

ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) “McDonald’s”ın keçmiş baş direktoru Stiv İsterbruku investorları aldatmaqda ittiham edib. O, ittihamları nə etiraf edib, nə də təkzib edib. SEC araşdırması “McDonald’s”ın keçmiş rəhbərinin istefasının səbəbləri barədə səhmdarları çaşdırması ilə əlaqəli olub.

Qeyd edək ki, İsterbruk 2014-cü ildən 2019-cu ilədək “McDonald’s”a rəhbərlik edib, Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.

“The Wall Street Journal” yazır ki, “McDonald’s”ın keçmiş CEO-su Stiv İsterbruk 2019-cu ildə işçiləri ilə cinsi əlaqədə olduğu iddiaları ilə işdən çıxarılıb, eyni zamanda ictimai şirkətdə vəzifə tutmaqdan beş il müddətinə qadağaya və həmçinin 400 000 dollar cərimə ödəməyə razılaşıb.

Bu hadisədən sonra “McDonald’s” onu işdən çıxarıb və “yersiz davranışına görə” məhkəməyə verib.

Son xəbərlər
Digər xəbərlər