“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) “ADY Servis” MMC-sinin direktoru Ələddin Şıxəliyev vəzifəsindən azad edilib.
Banker.az-a daxil olan məlumata görə, şirkətə rəhbərlik Fərid Hüseynova həvalə olunub.
Xatırladaq ki, “ADY Servis” 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 200 manatdır.