Rusiyanın Ukraynadakı qoşunlarının keçmiş komandanı Aleksandr Lapin Quru Qoşunlarının Baş Qərargah rəisi təyin olunub.
Bu barədə RBK Rusiya Müdafiə Nazirliyindəki mənbəsinə istinadən məlumat yayıb.
Qeyd edək ki, general-polkovnik Aleksandr Lapin Ukraynakı “Mərkəz” qoşun qruplaşmasının komandanı olub.
Ötən il yay aylarında Rusiya qoşunlarının Ukrayna cəbhəsində ağır məğlubiyyətə uğramasından sonra ordu rəhbərliyi Lapini vəzifədən kənarlaşdırıb.