Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “Harmony İndustrial Construction and Engineering Group” MMC-ni məhkəməyə verib.
Banker.az xəbər verir ki, Dövlət Xidməti “Harmony İndustrial Construction and Engineering Group” MMC ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
Müraciət etməsinə səbəb müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Podrat müqaviləsi üzrə mübahisələrdir, sədrlik edən hakim Aytən Əliyevadır.
2005-ci ildən fəaliyyət göstərən və 10 manat nizamnamə kapitalına malik olan “Harmony İndustrial Construction and Engineering Group” MMC-nin direktoru Orucov Əlövsət Bilal oğludur. Bildirək ki, “Azərişıq” bu şirkət ilə məbləği 2 milyon 309 min 877 manat olan müqavilə imzalamışdır.