7 C
Baku
Thursday, December 12, 2024

“Rusiya öhdəliklərini yerinə yetirə bilmirsə, BMT Təhlükəsizlik Şurasına müraciət etməlidir”

Rusiya öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmirsə, BMT Təhlükəsizlik Şurasına (TŞ) müraciət etməlidir.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı bildirib.

“Rusiya obyektiv və ya subyektiv səbəblərdən BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvü kimi öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədiyi halda, Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinə beynəlxalq mandat vermək üçün və yaxud 9 noyabrda imzalanmış üçtərəfli bəyanatla müəyyən edilmiş təhlükəsizlik qaydalarını təmin edəcək yeni çoxmillətli sülhməramlı missiyanı Qarabağa göndərmək barədə BMT TŞ-yə müraciət etməlidir”, – Paşinyan qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər