1 C
Baku
Saturday, December 14, 2024

15 mln. manat kapitala sahib “Nar Telekom” adlı şirkət rebrendinq edib

“Nar Telekom” MMC adlı şirkət rebrendinq edib.

Bu barədə Banker.az-a daxil olan məlumatda deyilir.

Məlumata görə, şirkətin adı dəyişdirilməklə bundan sonra “İnnarvis Group” MMC-dir.

Şirkət adını dəyişməklə bərabər, Bakı Şəhəri Xətai Rayonu, 8 Noyabr, ev 113 envanından Bakı Şəhəri Nəsimi Rayonu, M.Cəfərov, ev 17, məhəllə 3005 ünvanına köçüb.

Xatırladaq ki, “Nar Telekom” MMC 2021-ci ilin noyabrında təsis edilmişdi və onun 15 075 049 manat nizamnamə kapitalı var.

Son xəbərlər
Digər xəbərlər