9 C
Baku
Thursday, December 12, 2024

İş mühitində olan münaqişələri necə həll etmək olar?

İş mühitində olan münaqişələri necə həll etmək olar ki,bəzi söz söhbətlərdən uzaq olaq?!

İlk növbədə qeyd etmək lazımdır ki,istənilən konflikt (münaqişə)-fikir toqquşmasıdır.İş mühitində konfliktlər qaçınılmazdır.

Bəs münaqişələr hansı səbəbdən yaranır?

1.İnsanlar(işçilər) öz vəzifə öhdəliklərinə nabələddirlər;

2.Konkret və aydın şəkildə nə edəcəklərini bilmirlər;

3.Daxili disiplin və vaxtı idarəeətməklə(time management)ilə bağlı problemləri var;

4.”Çevik Zəka”(agile mindset)anlayışın olmaması.

Çevik zəka nədir?

Bu yüksək nəticələr əldə etmək üçün anlama, əməkdaşlıq etmək, öyrənmək və çevik olmağı hədəfləyən bir düşüncə prosesidir. Bu düşüncə tərzi komandalara dəyişikliyə qarşı çıxmaq əvəzinə uyğunlaşmağa kömək edir. Komanda üzvləri isə yalnız çevik metodlarla tanış olmamalı, onlar həm də rəsmi şəkildə biliklərini tətbiq etməyə başlamalıdırlar.

Münaqişəni işdə həll etmək, ilk növbədə direktorun(rəhbərin)vəzifəsidir. Ancaq bunu həll etmək o qədər də asan deyil. Bir sıra vacib məqamlara diqqət yetirmək lazımdır:

  • mübahisənin mövzusu;
  • mübahisənin iştirakçıları;
  • motivləri və s.

Mübahisənin müxtəlif səbəbləri ola bilər, ancaq bunun baş verməsinin motivi hər zaman eynidir – tərəflərin hər birisinin Ona uyğun işlərin getməsi və əks mövqeyi inkar etməsidir❗️ Hər bir insan yaranmış vəziyyətə öz şəxsi prizmasından baxır(yanaşır). Hər bir insan temperamentin xüsusiyyətlərindən, xarakterindən, sosial vəziyyətindən asılı olaraq fərqli şəkildə yaranıb və yaşayır. Buna görə də,eyni düşünmək məcburiyyətində deyil.

Nələri iş mühitində etmək olmaz:

  1. Rəhbər(lider)konflikt zamanı-heç bir zaman işçini digər kolleqalarının yanında danlamamalı və onların qarşısında nöqsanlarını deməməlidir.

2. Nə olursa olsun,empatiya qurub,vəziyyəti hər tərəfdən(lazım olarsa vəziyyəti daha təcrübəli şəxslə müzakirə etməlidir).

3. Şəxsi sərhədləri qoruyaraq davranmalıdır(subordinasiya).

4. Heç kimi təhqir etməməlidir.

5. İşçilərinin arasında “sevimli” və ya əksinə işçiləri seçmək kimi üslublardan qaçmalıdır. Bu gələcəkdə digər işçilərin də həmin “x” insana qarşı aqressiyaya vəya sağlam olmayan mühitə yol verə bilər.

Müəllif: Psixoloq Nigar Cəbrayılova

Son xəbərlər
Digər xəbərlər