2022-ci ilin sonunda Çinin istehlak qiymətləri indeksi (İQİ) (inflyasiyanın əsas göstəricisi) 2% təşkil edib, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Çində ən çox yanacağın qiyməti artıb – 20.9%. Həmçinin meyvənin maya dəyəri 12.9% artıb. Qiymət endirimləri arasında birinci yerdə donuz əti dayanır – 6.8% ucuzlaşıb.
2022-ci ilin dekabrında inflyasiya 1.8% təşkil edib. Ərzaq məhsulları 4.8%, istehlak malları 2.6%, digər mallar isə 1.1% bahalaşıb.
2020-ci ilin sonunda İQİ 2.5%, 2021-ci ildə isə 0.9% təşkil edib. Qeyd edək ki, 2021-ci ildə Çin hakimiyyəti inflyasiyanın 3% səviyyəsində olacağını proqnozlaşdırıb.