“WhatsApp” messenceri QR-kodlardan istifadə etməklə mesajları bir cihazdan digərinə ötürməyə imkan verəcək yeni funksiya üzərində işləyir. Yenilik “Google Drive”da rezerv kopiyaların yaradılması ehtiyacını aradan qaldırır, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Funksiya hələ inkişaf mərhələsindədir. Ona əsasən, istifadəçi köhnə cihazında mesajların ötürülməsini aktivləşdirə, sonra isə yeni cihazda QR-kodu skan edəcək, nəticədə bütün yazışma tarixçəsi yeni smartfona köçürüləcək.
Xatırladaq ki, yanvarın 1-dən “WhatsApp” 49 köhnə model smartfonlara dəstəyi dayandırıb