İranın avtomobil istehsalçısı – “İran Khodro Company” (IKCO) Azərbaycana 3 500 avtomobil ixrac etməyi planlaşdırır.
Bunu şirkətin icraçı direktoru Mehdi Xətibi bildirib.
Bundan başqa, o, deyir ki, rəhbərlik etdiyi şirkət təqvim ilinin sonuna (martın 21-nə) qədər Rusiyaya 2 000 avtomobil ixrac edəcək.
“IKCO xüsusilə Rusiya bazarına ağırtonnajlı avtomobillərin və onların mühərrikləri üçün ehtiyat hissələrinin ixracı sahəsində effektiv işləyə bilər”, – deyə icraçı direktor qeyd edib.