“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda 2032-ci ilə kimi maye karbohidrogenlərin (neft, qaz kondensatı və qaz emalı zavodlarında yaranana maye fraksiyalar – red.) ortalama gündəlik istehsalı üzrə proqnozunu açıqlayıb.
Yaxın bir neçə il ərzində Azərbaycanda maye karbohidrogenlərin istehsalı artacaq, ondan sonra isə tədricən azalmaya doğru yönələcək.
Belə ki, 2020-2031-ci illər arasında olan intervalı götürdükdə ən maye karbohidrogenlərin istehsalı üzrə ən yüksək göstərici – 777.6 min barel, 2025-ci və 2026-cı illərdə qeydə alınacaq.
Proqnoza əsasən, maye karbohidrogenlərin istehsalı üzrə ən aşağı göstərici isə – 701.2 min barel, 2022-ci ildə qeyd alınmalıdır.
Azərbaycanda maye karbohidrogenlərin istehsalı üzrə 2020-2031-ci illəri əhatə edən göstəricilər:
Azərbaycanda maye karbohidrogenlərin istehsalı – 2020-2025-ci illər | ||||||
İndikatorlar | 2020 | 2021 | 2022 | 2023 | 2024 | 2025 |
İstehsal, min barel/gün | 730.1 | 741.3 | 701.2 | 727.9 | 758.5 | 777.6 |
Ötən il ilə müqayisə, %-lə | -7.4 | 1.5 | -5.4 | 3.8 | 4.2 | 2.5 |
Azərbaycanda maye karbohidrogenlərin istehsalı – 2026-2031-ci illər | ||||||
İndikatorlar | 2026 | 2027 | 2028 | 2029 | 2030 | 2031 |
İstehsal, min barel/gün | 777.6 | 774.4 | 770.6 | 766.7 | 762.2 | 756.9 |
Ötən il ilə müqayisə, %-lə | 0 | -0.4 | -0.5 | -0.5 | -0.6 | -0.7 |