18 C
Baku
Friday, November 22, 2024

Ötən il Aİ ölkələrində taxıl və yumurtanın qiymətləri 40%-dən çox bahalaşıb

2022-ci ildə Avropa İttifaqı ölkələrində taxıl və yumurtanın qiymətləri 40 faizdən çox artıb, ümumilikdə isə aqrar məhsulların qiymətlərində 24 faiz artım olub.

Bu barədə cümə axşamı günü Avropa Statistika Agentliyi (Eurostat) məlumat yayıb.

“Aİ-də kənd təsərrüfatı məhsullarının orta qiymətləri 2021-ci illə müqayisədə ötən il 24 faiz artıb, ən yüksək qiymət artımı dənli bitkilərdə (45 faiz), yumurtada (43 faiz) və süd məhsullarında (31 faiz) qeydə alınıb”, – agentliyin məlumatında belə deyilir.

Ötən il qiyməti ucuzlaşan yeganə kənd təsərrüfatı məhsulu meyvə olub – 3 faiz.

Eurostat qiymət artımına əsas səbəb kimi Ukraynadakı müharibəni, həmçinin 2022-ci ildə dünyanın bir çox regionlarını vuran şiddətli quraqlığı göstərir.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər