“İsveçdə PKK-nın təxribatlarının başqa versiyasını gördük”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İtaliya Baş nazirinin müavini, xarici işlər naziri Antonio Tayani ilə Ankarada keçirdiyi birgə mətbuat konfransında deyib.
O bildirib ki, bu irqçilikdir, nifrət təbliğatıdır: “İsveç özü də belə hallarla mübarizə aparmalıdır. İsveç məsuliyyət daşıyır. Sadəcə qınamaqla məsuliyyətdən azad olmaq olmaz”.
M.Çavuşoğlunun sözlərinə görə, İsveç NATO-ya üzv olmaqla bağlı Ankara qarşısında götürdüyü öhdəliklərini yerinə yetirmir: “Biz sadəcə həmin öhədliklərin yerinə yetirilməsini istəyirik. Amma İsveç terroru dəstəkləməyə davam edir”.
Nazir, həmçinin deyib ki, belə addımlar İsveçin NATO-ya üzvlüyünü sual altına qoyur: “Yaxın gələcəkdə Brüsseldə Finlandiya və NATO rəhbərliyinin də iştirakı ilə dördtərəfli görüş keçirilə bilər”.
XİN rəhbəri deyib ki, Rusiya və ABŞ terrorçuların Suriyadan təmizlənməsi ilə bağlı vədini yerinə də yetirmir.