İndiyədək mövcud kredit portfeli üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi çərçivəsində subsidiya verilməsi barədə 5052 müsbət qərar qəbul edilib. Sahibkarlığın İnkişafı Fondu tərəfindən Banker.az- verilən məlumata əsasən, təsdiqlənmiş subsidiyanın məbləği 71.9 milyon manatdır.
Qeyd etmək lazımdır ki, faiz subsidiyası pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən və 2020-ci il 10 mart tarixinə aktiv kredit borcu olan sahibkarların kredit təşkilatlarından manatla aldıqları kreditlərə verilir. Faiz subsidiyası kreditlərin illik faiz dərəcəsinin 10% bəndi həcmində və 2020-ci ilin mart ayından başlayaraq 12 aydan çox olmayan müddətdə ödənilir.