2 C
Baku
Saturday, December 14, 2024

“Atəşgah Sığorta”ya yeni sədr seçildi

“Atəşgah Sığorta” ASC-nin İdarə Heyətinə yeni sədr seçilib.

Banker.az xəbər verir ki, bununla bağlı sığorta şirkətinin səhmdarları qərar qəbul edib.

Qərara əsasən, İdarə Heyətinin sədri müvəqqəti əsasla Kazımov Tahir İslam oğlu seçilib. O buna qədər İdarə Heyətinin üzvü idi.

Bundan öncə “Atəşgah Sığorta”nın sədri Azər Əliyev idi və o istefa verərək Dövlət Məşğulluq Mərkəzinə təyinat alıb.

Xatırladaq ki, “Atəşgah Sığorta” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 008 500 manatdır. Şirkətin səhmlərinin 63%-i “ISR Holding” MMC-yə, 27%-i “Ran-Exim” MMC-yə, 10%-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.

Son xəbərlər
Digər xəbərlər