10 C
Baku
Friday, December 13, 2024

BƏƏ boru kəmər vasitəsilə təbii qaz təchizatını inkişaf etdirəcək

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) boru kəməri vasitəsilə təbii qaz təchizatının inkişafına sərmayə qoymağı planlaşdırır.

Bunu BƏƏ-nin energetika və infrastruktur naziri Suheyl əl-Mazrui Əbu Dabidə keçirilən Enerji Forumunun açılışında bildirib.

“Qətər və Omanla birlikdə ölkələrimizə təbii qaz tədarükü üçün kəmər inşa etmişik. Ümumiyyətlə, boru kəmərləri vasitəsilə təbii qaz nəqli enerji təhlükəsizliyinə böyük töhfə verir. Gələcəkdə “mavi yanacağ”ın əlçatan və sərfəli olması üçün belə layihələri daha çox həyata keçirməliyik. Odur ki, bu istiqamətdə sərmayələr qoymağı planlaşdırırıq”, – o vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər