10 C
Baku
Tuesday, November 26, 2024

İsraildə illik inflyasiya son 20 ilin ən yüksək həddinə çatıb

2022-ci ilin sonunda İsraildə inflyasiya səviyyəsi son 20 ilin ən yüksək səviyyəsinə çatıb.

Bu barədə İsrail Mərkəzi Statistika Bürosu məlum yayıb.

Bildirilib ki, ötən ilin sonunda – oktyabr-dekabr aylarında istehlak qiymətləri indeksi 0.3 % artıb. Statistik xülasəyə əsasən, 2022-ci ildə illik inflyasiya 5.3 % təşkil edib.

“Yedioth Ahronoth”un məlumatına görə, bu, 2002-ci ildən bəri ən yüksək göstəricidir. Həmin dövrdə illik inflyasiya 6.3 % təşkil edib və o vaxtdan indiyədək heç vaxt 3.9 %-lik həddi keçməyib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər