10 C
Baku
Sunday, December 22, 2024

Karyera və həyat balansı

Xatırladaq ki, iş-həyat balansı termini ilk dəfə  XX əsrin 90-cı illərində   işə sərf etdiyimiz vaxtla, özümüzə verdiyimiz vaxt arasındakı əlaqəni təsvir etmək üçün təklif edilmişdir. Müxtəlif ölkələrdəki psixoloqlar və sosioloqlar iş-həyat balansının insanların şəxsi uğur strategiyalarına təsirini və effektivliyin azaldılmasında balanssızlığın rolunu fəal şəkildə araşdırmışdılar.

Son vaxtlar getdikcə ideal tarazlığın olmadığı deyilir. Hər kəs özü öz  iş-həyat münasibətləri modelini tapır.

Qəliz və şablon sözlərdən istifadə etməsək bunu sadə dildə desək-bu eyni qaydada olan məsuliyyətli yanaşmadır,yəni ki,50/50. İşçi iş məkanına necə və nə halda gəldiyinə nəzarət etməlidir,əməkdaşlığa hazırdırmı yoxsa yox,işdə münaqişə zamanı  özünü necə nümayiş etdirir,fərqi yoxdur kolleqaları ilə yoxsa rəhbərlik ilə.

İş-həyat balansını əldə etdək üçün 8 addım:

Əvvəlcədən aydın şəkildə sizə tapşırılanin son tarixlərini müzakirə edin, son zamanlar dəbdə olan söz(deadline)və həmən vaxta qədər çatdırmağa çalışın.

Şəxsi sərhədləri göstərin

Zaman idarəetmə vasitələrindən istifadə edin,müasir vaxtda o qədər proqramlar ,botlar yaradılıb ki,bu istiqamətdə,deməli həqiqətən bu istiqamətdə problemlər mövcüddur.

İş yükünü kifayət qədər planlaşdırın,bölgülər aparın(və ona sərf elədiyiniz vaxtı həmçinin planlayın)

İş münasibətlərinin düzgün  rabitəsi gigiyenasına diqqət yetirin.

İş axınlarını avtomatlaşdırın

Robot köməkçiləri və chatbotlar sizin üçün müntəzəm iş görüşlərini: müştərilərə məlumat göndərməlirini, tipik suallara cavab verib cavablandırmaqda yardımçı ola bilərlər və s. Bu, daha vacib vəzifələr üçün vaxt və səy sərf edəcəkdir

İş-həyat balansını vərdiş halına gətirin

Və şəxsi təcrübəmdən çıxış edərək söyləmək istərdim ki,işdə olan münaqişələrinizi evə daxil olmadan kəndarda qoyun,azad olun və sonra evə daxil olun və ya bunun üçün hər hansı bir meditasiyalar da mövcuddur,

Nə qədər işləmək və istirahət etmək üçün universal bir qayda yoxdur. Hər bir insanın öz iş-həyat balansı anlayışı var. Düzgün tarazlıq şüurlu seçimin və öz hisslərinizə daim diqqət yetirməyin nəticəsidir. Və bu həmişə işəgötürənin deyil, işçinin məsuliyyətidir.

Balansın pozulması insanın zehni və fiziki vəziyyətinə zərər verir. Bu tükənmə, peşəkar münasibətlərin məhv edilməsi, şəxsi və karyera durğunluğu ilə doludur.

Həddindən artıq planlaşdırmadan çəkinin planlaşdırma iş gününün başlamasını təşkil etmək və stresin qarşısını almaq üçün vacibdir. Ancaq çox diqqətlə planlaşdırma tapşırıqları yerinə yetirmək üçün vaxt tələb edir. Düzgün başlamağın ən yaxşı yolu “do — do siyahınızı” qısaltmağa çalışmaq və beləliklə günü daha az stresli etməkdir. Bunu özünüz təşkil edin.

Sosial mediada vaxtınızı məhdudlaşdırın İş və həyat balansını yaxşılaşdırmağın ən böyük yollarından biri sosial mediada və müxtəlif onlayn platformalarda keçirdiyiniz vaxtı məhdudlaşdırmaqdır. İnsanlar istər iş, istərsə də əyləncə üçün sosial mediada sonsuz vaxt sərf edirlər.

Bunun bir yolu özünüz (və ya kiçik bir qrup insan) edə biləcəyiniz bir hobbi seçməkdir. İnanın, bu, zehninizin və beyninizin rahatlamasına imkan verəcəkdir. Əksər insanların seçdiyi ən ümumi hobbi – idmandır. Və bu əla bir seçimdir, çünki bu da yaxşı fiziki və psixoloji formada olmağınıza imkan verəcəkdir. Sevdiyiniz insanlarla vaxt keçirin.

Beləliklə, indi İş və şəxsi həyat arasında maksimum tarazlığa nail olmaq üçün addımlarla tanışsınız və bu tövsiyələri xüsusi olaraq necə tətbiq etmək sizə bağlıdır. Çoxları bu rahatlama hissindən qorxur, çünki işləmədən geridə qalacaqlarını, vacib bir şeyi əldən verəcəklərini, daha “çevik” bir həmkarının yerini alacağını düşünürlər. Belə düşünmək qətiliklə mümkün deyil. Unutmayın ki, istirahət sizə enerji verməyə və ətrafınızdakılardan daha güclü, sağlam və daha hazırlıqlı bir iş yoluna qayıtmağa imkan verə bilər. Bütün gücünüzlə rahatlamağa çalışın: bu, yalnız zehni vəziyyətinizi yaxşılaşdırmayacaq, həm də ümumiyyətlə performansınızı yaxşılaşdırmağa kömək edəcəkdir.

Müəllif: Nigar Cəbrayılova

 

 

Son xəbərlər
Digər xəbərlər