İŞÇININ VƏZIFƏSI:
- Kurasiyasında olan bölgələrdə maliyyə bazarının araşdırılması, məhsulların və satış prosesinin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi
- Kurasiyasında olan filiallar tərəfindən kreditləşdirilən iri layihələrin təhlilində birbaşa iştirak edilməsi
- Kurasiyasında olan filialların Biznes kreditləri üzrə müəyyən edilmiş büdcə hədəflərinə çatması üçün lazım olan dəstək və məsləhətlərin verilməsi
- Kurasiyasında olan filialların biznes kredit portfelinin keyfiyyətinə daimi nəzarət edilməsi
- Müştərinin ödəniş qabiliyyətinin təhlil edilməsi (müəyyən hallarda)
- Ehtiyac olduqda, müştərilərlə şəxsən görüşməsi və onların fəaliyyət göstərdiyi yerlərə səfərlər edilməsi
- Kurasiyasında olan filialların kredit mütəxəssislərinə kredit işinin nəzəri və praktiki biliklərin aşılanması məqsədilə müvafiq təlim proqramlarının təşkili və həyata keçirilməsi
- Keçirilən təlimlərin işçilərin gündəlik işi ilə əlaqələndirilməsinə nəzarət etmək;
- Filiallar tərəfindən təqdim olunmuş hesabatların təhlili və həmin hesabatların nəticəsinə əsasən müvafiq planların hazırlanması
- Filialların kredit komitələrində iştirak edilməsi
Namizədə olan tələblər:
- Ali təhsilin olması (Maliyyə və iqtisadi sahələrə üstünlük verilir)
- Ən azı 5 il Mikro kreditləri sahəsində iş təcrübəsinin olması (beynəlxalq mikro-maliyyə institutlarında iş təcrübəsi olanlara üstünlük verilir
- İdarəetmə sahəsində ən azı 2 il iş təcrübəsinin olması
- Liderlik keyfiyyətlərinə malik olması
- Yüksək təhlil etmə bacarıqlarına malik olması
- Yüksək ünsiyyət və təqdimetmə bacarıqlarına malik olması
- Təlim keçmə sahəsində təcrübəsinin olması
- Fərdi və komanda şəklində işləmək bacarığının olması
- Dil biliyi : Azərbaycan və Rus dillərini bilməsi,
- MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığına malik olması;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olması
- Mütamadi olaraq müxtəlif regionlara səfər etmək imkanın olması
İş şəraiti və inkişaf imkanları:
· Yüksək əmək haqqı (iş təcrübəsindən asılı olaraq) və bonus almaq imkanı
· Bilik və bacarıqları artırmaq üçün yerli və xarici ekspertlərin təlimlərində iştirak imkanları
· Şəxsi göstəricilərə əsasən karyera artım imkanları və s.
Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini [email protected] e-mail ünvanına göndərə bilərlər.
Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifə mütləq qeyd olunmalıdır. Uyğun görülən namizədlərdən əvvəlki iş yerlərinidən tövsiyyə məktubları (xasiyyətnamə) tələb oluna bilər.
Əlaqə vasitələri:
E – mail : [email protected]
Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33