14 C
Baku
Saturday, November 23, 2024

2022-ci ildə pərakəndə ticarət 52.2 mlrd. manat olub

2022-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 52.2 milyard manatlıq, o cümlədən 29.4 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 22.8 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır. Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən bildirilir.

2021-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3.1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2.3 faiz, qeyri-ərzaq malları üzrə 4.0 faiz artmışdır.

2 1

2022-ci ildə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51.6 faizi ərzaq məhsullarının, 4.7 faizi içkilər və tütün məmulatlarının, 14.1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5.3 faizi avtomobil benzini və dizel yanacağının, 4.8 faizi elektrik malları və mebellərin, 2.2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1.1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16.2 faizi isə digər qeyriərzaq mallarının alınmasına sərf olunmuşdur.

1111

Son xəbərlər
Digər xəbərlər