1 avqust tarixində Azərbaycan bankları tərəfindən quraşdırılan bankomat və pos terminalların sayı azalıb.
Banker.az xəbər verir ki, qeyd olunan tarix üzrə ölkə ərazisində quraşdırılan bankomatlar ötən ay ilə müqayisədə 18 ədəd azalaraq 2 685 ədəd, pos terminalların sayı isə 305 ədəd azalaraq 77 959 ədəd olub.
Onu da qeyd edək ki, bankomat və pos terminallar üzrə azalma daha çox Bakı şəhəri üzrə olub.