İtaliyada 2022-ci ilin nəticələrinə görə, inflyasiya səviyyəsi 1985-ci ildən bəri maksimum göstəriciyə çatıb və 8.1% təşkil edib.
Belə göstərici enerjinin yüksək qiyməti ilə əlaqədardır.
“2022-ci ildə istehlak qiymətləri il ərzində orta hesabla 8.1% artıb ki, bu da 1985-ci ildən bəri ən böyük artımdır (o zaman bu göstərici 9.2% səviyyəsində olub)”, – məlumatda bildirilir.
Qeyd olunur ki, enerji daşıyıcılarının qiymətləri 2022-ci ildə orta hesabla 50.9%, 2021-ci ildə isə 14.1% artıb.
Statistika idarəsi 2023-cü ildə İtaliyada inflyasiyanın ən azı 5.1% olacağını proqnozlaşdırır.
Xatırladaq ki, İtaliya Azərbaycan neft və qazının əsas idxalçılarından biridir.