9 C
Baku
Wednesday, November 27, 2024

Avropa İttifaqı Rusiya və Belarusa yeni sanksiyalar tətbiq edə bilər

Avropa İttifaqı (Aİ) fevral ayında Belarus və Rusiyaya yeni sanksiyalar tətbiq edə bilər.

Bunu “Azadlıq” radiosunun Brüssel müxbiri Rikard Yozvika bildirib.

Onun sözlərinə görə, yeni məhdudiyyətlərin Aİ-Ukrayna sammitində qəbul olunması ehtimalı azdır.

Jurnalistin fikrincə, sanksiyalar fevralın sonunda qəbul olunacaq.

Xatırladaq ki, daha əvvəl bildirilmişdi ki, Aİ Rusiyaya qarşı yeni, 10-cu sanksiyalar paketini fevralın əvvəlində keçirilməsi planlaşdırılan Ukrayna-Aİ sammitinə qədər təsdiq etmək istəyir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər