Yaponiya Bankı (BOJ) həftənin çərşənbə günü gözlənildiyi kimi uçot faiz dərəcələrini dəyişməz saxladı, həmçinin daha şahin siqnallar verməməklə gözləntilərini alt-üst etdi.
Banker.az bu barədə Bankın açıqlamasına istinad edir. BOJ üstəlik cari gəlir əyrisinə nəzarət dərəcəsini də dəyişməz saxlamaqla gözlənilməz addım atmış oldu.
Yapon yen bu hərəkətdən sonra ucuzlaşaraq dollara nisbətdə 3%-dən çox ucuzlaşaraq 131.33-ə düşüb. Yuxardıda qeyd edildiyi kimi BOJ-dan şahin çıxış gözlənilirdi, amma bu istiqamətdə heç bir açıqlama gəlmədi.Beləliklə, 11 yanvar 2023-cü ildən bu tərəfə yenin dollar qarşısındakı qiymət qazancı tam itmiş oldu.
Yapon dövlət istiqrazları üzrə gəlirlilik isə 3%-dən çox azalaraq 0.5%-dən aşağı düşüb.
Mərkəzi Bank qısamüddətli siyasət faiz dərəcəsini mənfi 0,1%, uzunmüddətli faiz dərəcəsini isə 0% səviyyəsində saxlayıb.
BOJ yeddinci ildir ki, mərkəzi bank faiz dərəcələrini rekord aşağı səviyyədə saxlayır.