13 C
Baku
Tuesday, May 7, 2024

ARDNF Türkiyə Mərkəzi Bankında yerləşdirdiyi depozitin müddətini uzadıb

Dövlət Neft Fondu (ARDNF) ötən il Türkiyə Mərkəzi Bankında yerləşdirdiyi 1 milyard avro depozitin müddətini daha 5 ay uzadıb.

Bu barədə Fonddan bildirilib.

“ARDNF-nin investisiya strategiyası və Qaydaları çərçivəsində depozitin müddətinin sabit gəlirli qiymətli kağızlar bazarının yaxın gələcək üçün mümkün perspektivi də nəzərə alınaraq daha 5 ay müddətinə uzadılmasına qərar verilib”, – deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, sözügedən depozit ötən ilin yanvar ayında 6 ay müddətinə yerləşdirilmişdi, iyulda isə onun müddəti ilin sonuna qədər (5 ay) uzadılmışdı.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər