11 C
Baku
Monday, November 25, 2024

Ötən il ən çox məbləğdə güzəştli kredit verən banklar hansılar olub?

Sahibkarlığın İnkişafı Fondu 2022-ci il ərzində məbləğ üzrə ən çox güzəştli kredit verən müvəkkil kredit təşkilatlarının siyahısını təqdim edib.
Banker.az xəbər verir ki, siyahıya 28.3 milyon AZN məbləğlə Bank Respublika başçılıq edir.
2-ci yerdə Kapital Bank (15.6 mln. AZN), 3-cü yerdə isə Rabitəbank (14.8 mln. AZN) qərarlaşıb.
Siyahıda 4-cü siyahıda PAŞA Bank-dır, bankın verdiyi güzəştli kreditin məbləği 13.2 mln. AZN təşkil edib.
Siyahıda 5-ci yeri 9.9 mln. AZN güzəştli kredit məbləği ilə Xalq Bank tutub.
Son xəbərlər
Digər xəbərlər