9 C
Baku
Friday, November 29, 2024

“Araz”ın sahibi deyir ki, ölkədə bu qida məhsulları 22.6% bahalaşıb

“Veysəloğlu” Şirkətlər Qrupu ona aid marketlərdə ən yüksək alıcı tələbatı olan məhsullar üzrə 2022-ci il dekabr ayının qiymətlər 19.3% artıb.

Bu barədə Banker.az şirkətin hesabladığı “V-indeks”ə istinadla xəbər verir.

“Veysəloğlu Pərakəndə İndeksi”nə görə, 2022-ci ilin dekabr ayı üzrə şirkət müştərilərinin ən çox aldığı məhsulların qiymətində 2021-ci ilin dekabr ayına nisbətən 19.3% artım müşahidə edilib.

Belə ki, tez köhnələn qida məhsullarının qiymətində 2021-ci ilin dekabr ayına nisbətən 22.6% artım, quru, dondurulmuş qida məhsullarının, şirniyyat və spirtsiz içkilərin qiymətində 18.5% artım, spirtli içkilər və tütün məmulatlarının qiymətində isə 6.0% artım izlənilib.

Açıqlamada əlavə edilir ki, indeks əsasən 2022-ci ilin yanvar-dekabr və 2021-ci ilin yanvar-dekabr dövrləri arasında ortalama 16.3% qiymət dəyişikliyi müşahidə olunub.

Qeyd edilən dövr üzrə tez köhnələn qida məhsullarının qiymətində keçən dövrə nisbətən 14.5%, quru, dondurulmuş qida məhsullarının, şirniyyat və spirtsiz içkilərin qiymətində 18.6%, spirtli içkilər və tütün məmulatlarının qiymətində isə 12.5% artım izlənilib.

Xatırladaq ki, “Veysəloğlu” şirkətlər qrupunda hazırda “Araz Supermarket” və “OBA Market” kimi mağazalar şəbəkəsi var.

 

Son xəbərlər
Digər xəbərlər