8 C
Baku
Sunday, December 22, 2024

Azərbaycanda iş adamı öz adını verdiyi şadlıq evində öldü

Göygöl rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Rayonun Qızılqaya qəsəbəsində yerləşən “Münasib” şadlıq sarayında oranın müdiri, 1965-ci il təvəllüdlü Münasib Polad oğlu Məmmədov pilləkəndən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Münasib Məmmədov biznes fəaliyyətinə Rusiyada başlayıb və bu ölkənin vətəndaşı olub. O, daha sonra biznesini Azərbaycanda davam etdirib və  şadlıq sarayı tikdirərək ona öz adını verib. Elə həmin şadlıq evində də dünyasını dəyişib.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər