5 C
Baku
Saturday, December 14, 2024

Eldar Qəribov “Unibank”da payını artırdı

“Unibank” KB” ASC-nin nizamnamə kapitalındakı son artımdan sonra əsas səhmdar olan Eldar Qəribovun payı bir qədər də artıb.

Banker.az xəbər verir ki, iş adamının “Unibank”dakı payı 87.032%-ə çatıb. Məlum olub ki, bankın “mövqe gücləndirmək” məqsədi ilə emissiya etdiyi səhmlərin böyük hissəsini Qəribov alıb.

Dekabrın son iş həftəsində məlum oldu ki, bank 2.5 mln. ədəd səhm emissiya edir. Nəzərə alsaq ki, bankın səhmlərinin nominal dəyəri 2.72 manatdır, o zaman söhbət 6.8 mln. manatlıq artımdan gedir.

Banker.az-ın mənbədən aldığı məlumata görə, ilkin olaraq buraxılmış 94.08%-ə qədərini və ya 2 351 908 ədədini Eldar Qəribov əldə edib. Bu da 6 397 190 manatlıq bir səhm paketidir. Qəribov hərracda 6 nəfərlə “mübarizəyə girişib”.  Yalnız iki nəfərin əldə etdiyi paketin həcmi 100 min manatın üzərindədir. Həmin şəxslərdən biri 120 min, digəri isə 202 min manatlıq səhm əldə edə biliblər.

Qəribovun buna qədər bankın nizamnamə kapitalında payı 86.7% təşkil edirdi. İş adamından sonra ikinci ən mühüm payçı isə “Canley Finance SA” Təşkilatıdır.

Beləliklə, “Unibank”ın nizamnamə kapitalı 149 386 357.6 manat təşkil edir.

Qəribovun payının artmasından sonra onun “Unibank” ASC-dəki ümumi səhmlərinin nominal dəyəri 130.01 mln. manata yüksəlir. Bu artım da onun respublika üzrə “ən böyük bank səhmdarları[fiziki şəxslər]” reytinqindəki yerini dəyişməyib. Belə ki, Qəribov hələ də 3-cü sıradakı yerində qərarlaşıb. Xatırladaq ki, 2022-ci ilin sentyabrında Banker.az-ın tərtib etdiyi siyahıya əsasən, ikinci sıradakı Zərifə Həmzəyevanın payı 130.58 mln. manatdır.

 

Son xəbərlər
Digər xəbərlər