Gələcəkdə pilotları tamamilə əvəz edə biləcək texnologiya hazırlanır

“Airbus” öz təyyarələrində “DragonFly” sistemi sayəsində avtonom uçuş texnologiyasını sınaqdan keçirməyə başladığını açıqlayıb.

Bu texnologiya hələlik fövqəladə vəziyyətdə təyyarəni xilas etmək üçün pilota yardım funksiyası daşıyacaq. Əgər sınaq uğurlu alınarsa, bu texnologiya gələcəkdə pilotları tamamilə əvəz edə bilər.

“DragonFly” sistemi təkcə hava limanına ən ideal marşrutu deyil, həm də hava hərəkətinə nəzarəti, əməliyyat mərkəzi ilə əlaqəni, avtomatik qalxma və enişi həyata keçirə bilir.

MənbəAzərtac
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər