2022-ci ildə Azərbaycanda əhalinin nominal gəlirləri illik müqayisədə 20.5 faiz artıb.
Banker.az Dövlət Statistika Komitəsinin illik hesabatına istinadən xəbər verir.
Ötən il əhalinin nominal gəlirlərinin həcmi 68 milyard 914.6 milyon manat olub.
Əhalinin hər nəfərinə düşən nominal gəlirlər 6 844.9 manat olmaqla öncəki ildən 19.9 faiz yuxarı olub.
Xatırladaq ki, 2022-ci ildə istehlak qiymətləri indeksi 2021-ci ilə nisbətən 13.9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 19.5 faiz, qeyri-ərzaq məhsulları üzrə 8.6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10.4 faiz təşkil edib.