9 C
Baku
Thursday, December 12, 2024

“Gücüm çatmır”: Yeni Zelandiyanın 42 yaşlı Baş naziri istefa verib

Yeni Zelandiyanın baş naziri Casinda Ardern istefa verdiyini açıqlayıb. Bu barədə xarici KİV məlumat yayıb.

Bu il keçirdiyi ilk mətbuat konfransında o, fevralın 7-də vəzifəsini tərk edəcəyini açıqlayıb:

“Mən bu işi görmək üçün nə lazım olduğunu bilirəm və bilirəm ki, gücüm çatmır. Bu, çox sadədir”.

Onun istefası davamçısının təyin edilməsi ilə qüvvəyə minir. Leyboristlər Partiyasının yeni lideri hələ şənbə günü seçilməlidir. Ardern 2017-ci ildə 37 yaşında hökumət başçısı seçilərkən hökumətə rəhbərlik edən dünyanın ən gənc qadınlarından biri olub. Yeni Zelandiyanın yeni hökuməti oktyabrın 14-də seçiləcək.

Son xəbərlər
Digər xəbərlər